«Siyasi partiyalar haqqında» qanuna görə, partiyaların öz ideyalarını təbliğ etmək, mitinqlər, nümayişlər və yığıncaqlar keçirmək hüququ var. Lakin ölkənin əksər yerlərində siyasi partiyaların yerli təşkilatları nəinki kütləvi aksiya, hətta qapalı yerlərdə öz yığıncaqlarını keçirə bilmirlər. Son vaxtlar şəxsi evlərdə belə keçirilən yığıncaqlara da basqılar olur.

 Vətəndaşlar təşkilat yaradırsa qeydə almırlar, qeydə alırlarsa fəaliyyət göstərməyə qoymurlar

Ekspertlər üçüncü sektora qarşı total qanunsuzluqların səbəblərini incələyir
Azərbaycanda seçki ili gənclərin təqibi ilə başlasa da, digərləri də kənarda qalmayıb. Uzun illərdir ki, hakimiyyət həm də qeyri-hökumət təşkilatlarının (QHT) neytrallaşdırması ilə məşğuldur. Hazırda hədəfdə həm də beynəlxalq QHT-lərdir. Belə ki, yeni ildə hökumət "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna dəyişiklik etdi.

 

22.04.2013. Avropa Birliyinin Azərbaycan nümayəndəliyi Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları üçün yeni qrant müsabiqəsi elan edib.

Müsabiqənin əsas məqsədi Azərbaycanın bütün bölgələrində tarazlı və davamlı iqtisadi inkişafa şərait yaratmaqla regional sosial-iqtisadi bərabərsizliyin azaldılması və iqtisadiyyatın diversifikasiyasına kömək etməkdir.

22.04.2013.Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Biriliyi ( DTİHİB) Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramı çərçivəsində “Qeydiyyatdan keçməyən QHT-lərin məhkəmələrdə müdafiəsinin təşkili” layihəsini həyata keçirir. Layihənin yekunu olaraq aidiyyətı dövlət qurumlarının əməkdaşları, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə “QHT-lərin qeydiyyat probelmləri” mövzusunda ictimai müzakirə təşkil olunacaq.

17.04.2013. Seçkilərin Monitorinqi və Demokratiyanin Tədrisi Mərkəzi və Demokratik Jurnalistika Məktəbi Parlament- vətəndaş münasibətləri: milli və xarici təcrübə” mövzusunda ictimai forum keçirəcək

Forumda parlament-vətəndaş münasibətlərinin tənzimlənməsi üzrə xarici təcrübə ilə bağli məruzələr ediləcək. bu təcrübədən ictimaiyyətin yararlanmasi müzakirə ediləcək. bununla yanaşi azərbaycan parlamentinin fəaliyyətində şəffafliq göstəriciləri və bunun üçün qanunvericiliyin imkanlari və təcrübədə tətbiqi barədə danişilacaq.

 Məlumdur ki, vətəndaş cəmiyyəti ölkədə korrupsiyaya qarşı mübarizədə, şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Hökumətin antikorrupsiya proqramlarında da vətəndaş cəmiyyəti tərəfdaş kimi göstərilir. Ancaq son zamanlar üçüncü sektora qarşı təzyiqlər ardıcıl xarakter almağa başlayıb. Yalnız yerli qurumlar yox, beynəlxalq qeyri-hökumət təşkilatları da basqıya məruz qalır. “Media forum” saytı vətəndaş cəmiyyətinə göstərilən təzyiqlərin bu sektorun ölkədə korrupsiya faktlarını aşkarlaması yönündə fəaliyyətinə necə təsir göstərəcəyi ilə bağlı ekspertlərin rəyini öyrənib.

 25.02.2013. ATƏT-in Bakı Ofisi seçici maarifləndirilməsi və yerli seçki müşahidəçilərinin hazırlanmasına dair tender elan edib. Müraciət üçün yekun tarix 13 mart 2013-cu il. Tenderlə daha ətraflı bu ünvanda tanış olmaq olar. http://www.osce.org/baku/99796

21.02.2013. Ötən həftə “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə edələn əlavə və dəyişikliklər narazılıqla qarşılanıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 223-cü maddəsinə təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5 min manatdan 7 min manata qədər miqdarda cərimə olunacaqlar. 

07.02.2013.The Nagorno Karabakh conflict became as one of the most tragic conflicts in the history of XX century and affected the destiny of millions. During the military campaign of 1992 and 1993, Armenia has occupied 20 percent of the Azerbaijani territory. As a result of the military aggression led by Armenia against Azerbaijan twenty thousand people were killed, 4,866 people are missing, and one hundred thousand people have been wounded, fifty thousand of them becoming invalids due to the severity of their wounds. In the captured territories the Armenian aggressors have targeted those objects of art considered a unique part of the cultural heritage of Azerbaijan in a particularly vindictive manner. According to preliminary information, and in addition to the demoralising and psychological blow suffered by the population, the economy of Azerbaijan has been damaged at a cost of $60 billion US Dollars equivalent.

14.01.2013.``Demokratiyanı Öyrənmə`` İctimai Birliyi Müsavat Partiyasının rəhbərliyinə qarşı 13 yanvar 2012-ci ildə Lənkəran şəhərində baş vermiş zorakılıq hadisəini pisləyir və bunu ölkədə siyasi müxalifətə qarşı dözümsüzlüyün örnəyi kimi dəyərləndirir.

Hadisənin dəst-xətti, polisin olayın qarşısının alınması üçün heç bir təşəbbüs göstərməməsi ölkənin aprıcı müxalifət partiyalarından birinə qarşı yönəlmiş bu aksiyanın siyasi sifariş əsasında əvvəlcədən planlaşdırıldığına və təşkilatçılarının yüksək səlahiyyət sahibləri olduğuna heç bir şübhə yeri qoymur. Təəssüf ki, hadisə ilə bağlı rəsmi qurumların təmsilçilərinin ilkin açıqlamalarında da siyasi fəalların həyatına və əmlakına zərər yetirilməsi ilə nəticələnən bu hadisənin mahiyyətini təhrif etmək, bu cinayətin təşkilatçıları və iştirakçılarını aşkarlamaq əvəzinə sanki hadisəyə bəraət qazandırmaq cəhdi müşahidə olunur.

07.01.2013.  The European Union Delegation to Azerbaijan launched a Call for proposals under the 2012 European Instrument for Human Rights and Democracy and Neighborhood Civil Society Facility.

The objective of this Call for Proposals is to contribute to strengthening the role of the civil society in Azerbaijan in promoting human rights and democratic reforms, as well as to increasing political participation and representation.

25.12.2012. Oxfam Təşkilatının Azərbaycan nümayəndəliyi və Milli Büdcə Qrupu (Azad İqtisadiyyata Yardım İB. İqtisadi Tədqiqatlar Mərkəzi və İqtisadi Təşəbbüslərə Yardım İB-nin timsalında) Avropa Birliyinin maliyyə dəstəyi ilə "Sənin pulun, Sənin gələcəyin: Azərbaycanda ictimai maliyyə siyasətinin və idarəçiliyinin inkişaf etdirilməsi" layihəsini həyata keçirir. Layihə çərçivəsində əhəmiyyətli fəaliyyətlərdən biri də Bakıda və regionlarda QHT və media təmsilçilərinin büdcə sahəsində iş imkanlarının artırılmasıdır.

Bu məqsədlə, Azad İqtisadiyyata Yardım İB 12-13 yanvar 2013-cü il tarixlərində Bakıda fəaliyyət göstərən QHT-lər və media təmsilçiləri üçün 2 günlük treninq-seminar təşkil edir. Treninqdə iştirakçıların sayı 16-18 nəfər nəzərdə tutulur. Treninqin modulları aşağıdakılardır:

19.12.2012. Dekabrın 13-də Brussel şəhərində Avropa Birliyinin Regional Komitəsində “Azərbaycanda yerli demokratiya: problemlər və imkanlar” mövzusunda ictimai dinləmə keçirilib.

Dinləmədə məqsəd oktyabrın 17-də Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilmiş 23-cü sessiyasında Azərbaycanda yeri və regional demokratiyanın vəziyyətinə dair qəbul edilmiş 326 saylı Tövsiyəni  müzakirə etmək olub. Tövsiyədə  yerli özünüidarənin virtual xarakterli olduğu və dövlət orqanları tərəfindən bələdiyyələr üzərində güclü nəzarət olduğu, habelə bu bələdiyyələrin maliyyə imkanlarının zəif olduğu vurğulanır. Bununla əlaqədar olaraq, Konqres Azərbaycan hökumətini fəaliyyət planı qəbul edilməsi və Konqresin tövsiyələrinin həyata keçirilməsi üzrə zəruri addımları atmağa çağırıb.

17 Dekabr, 2012. SMDT Avropa ölkələrindən olan 11 təşkilatla birgə Demokratik Seçkilər üzrə Avropa Platformasının təsis olunmasında iştirak edib.

Dekabrın 12-də Avropa Birliyi, Avropa Şərq Tərəfdaşlığı ölkələri və Rusiya Federasiyasından olan 12 vətəndaş cəmiyyəti təşkilatı  Varşavada Demokratik Seçkilər üzrə Avropa Platforması (DSAP) adlı yeni qurum təsis ediblər.

Avropada Mübadilə (Almaniya) təşkilatının sədri və Platformanın yeni seçilmiş koordinatoru Stefani Şiffer bildirib ki, Birliyin əsas məqsədi və vəzifəsi demokratik seçkiləri keçirilməsinin tərəfdarı olan vətəndaşlara Avropanın hansı ölkəsində olmasından asılı olmayaraq, dəstək verməkdir.

14.12.2012. Müsabiqənin mövzusu: “Avropa İnsan Haqları Məhkəməsi - hüquqları pozulanların son ümid yeri”. Müsabiqə tələbə - jurnalistlər üçün nəzərdə tutulur. Müsabiqəyə qəzet, jurnal və internet mediada yayılan məqalələr təqdim oluna bilər. Məqalələr Avropa Məhkəməsinə şikayətlərlə əlaqəli olmalıdır. Müsabiqənin yekununda 1, 2 və 3-cü olmuş yazı müəllifləri mükafatlandırılacaq. Mükafat fondu 500 AZN (1-ci yer), 400 AZN (2-ci yer), 300 AZN (3-cü yer) təşkil edir. 20 oktyabr 2012 - 30 dekabr 2012 - ci il tarixləri aralığında yayılmış yazılar 05 yanvar 2013-cü il tarixədək təşkilatçılara təqdim olunmalıdır. Müsabiqənin nəticələri 15 yanvar 2013-cü il tarixədək açıqlanacaq.

04.12.2012 .  “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Vətəndaş jurnalistikası ilə məşğul olan gənclərin professional inkişafı” adlı layihə icra edir.  Layihənin məqsədi aktivgəncləri yeni medianın inkişafı və aktiv vətəndaşlığa həvəsləndirmək, onları lazımi bilik və bacarıqlarla təmin edərək vətəndaş jurnalisti olmalarına dəstək olmaqdır. Bu layihə çərçivəsində ikinci 4 günlük  master klass təşkil ediləcəkdir. Tədbiri peşəkar jurnalistlər aparacaq.  Azərbaycanın Şimal –Qərb regionundan olan və Vətəndaş jurnalistikası ilə maraqlanan gəncləri bu Master klassda iştirak etməyə dəvət edirik. İştirak etmək arzusunda olanlar www.yaddash.org saytına daxil olmalı və oradakı online ərizə formasını doldurmalıdırlar.

01.11.2012. Onların problemlərinin aradan qaldırılması üçün təkliflər hazırlanıb.

Regionlarda yerləşən vətəndaş cəmiyyəti institutlarının ciddi problemləri var. İctimai Təşəbbüslər Mərkəzinin Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisi və Almaniyanın Marşall Fondunun birgə maliyyələşdirdiyi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi (yazı, həmin layihə çərçivəsində hazırlanıb – red.) çərçivəsində apardığı araşdırma göstərir ki, hazırda regionlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları həm maliyyə, həm qeydiyyat, həm də institutsional baxımdan böyük çətinliklərlə üzləşirlər. Mərkəzin Şimal bölgəsində keçirdiyi “Azərbaycanda vətəndaş cəmiyyəti: dəyişikliklər üçün milli gündəlik” adlı dəyirmi masada verilən məlumata görə, Qubada 13, Xaçmazda 4, Şabranda 1 və Siyəzəndə 1 QHT rəsmi dövlət qeydiyyatına alınsa da, onların yarısından çoxu fəaliyyət göstərmir. Şimal regionuna daxil olan Qusar və Xızı rayonlarında isə ümumiyyətlə, 1 QHT belə dövlət qeydiyyatına alınmayıb. Araşdırmalar göstərir ki, eyni vəziyyət ölkənin digər regionlarında da hökm sürür, hətta cənub bölgəsində daha kəskindir.

31.10.2012. Azərbaycan İnternet Forumu 31 oktyabr Park INN otelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçirilib.

USAID və IREX Azərbaycann dəstəyi ilə baş tutan konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq Internet Governance Forum (İnternet İdarəçiliyi Forumu) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

31.10.12. İqtisadi Tədqiqatlar Mərkəzi Almaniyanın Marşall Fondu və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi həyata keçirdiyi Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək layihəsi çərçivəsində “QHT-lərin iqtisadi fəaliyyəti və vergi ödənişləri”nə həsr olunmuş Dəyirmi Masa təşkil edir.

17.10.2012. Sahibkarlığın  və bazar iqtisadiyyatının inkişafına yardım Fondunun ofisində  Açıq Hökümət Tərəfdaşlığı Forumunun toplantısı keçirilib. Toplantıda Açıq Hökümət Tərəfdaşlığı Forumunun yaradılması barədə Memoranduma qoşulan 30 QHT-dən 22 təşkilatın nümayəndələri qatılıblar. Toplantıda Forumun Əsasnaməsi müzakirə olunub.  Toplantı iştirakçıları Forumun Əsasnaməsi ilə bağlı təkliflər səsləndiriblər və qurumun idarəolunması ilə bağlı müxtəlif modellər ətrafında fikir mübadiləsi aparılıb. 2 saatdan çox davam edən müzakirələr nəticəsində irəli sürülən təkliflərlə bağlı səsvermə keçirilib. Səsvermədə iştirak edən 21 QHT nümayəndəsindən 13-ü “lehinə” olmaqla Forumun Əsasnaməsi qəbul olunub.

15.10.2012. APA-nın məlumatına görə, rəydə bildirilir ki, 2011-ci ildə dəyişikliklər edilmiş bu qanun hüquq əsas yaradır, lakin qanunda kifayət qədər məhdudlaşdırıcı müddəalar var.
"Dini etiqad azadlığı hüququ, qeydiyyat, dini icmaların muxtariyyəti və ləğv olunması, digər şəxslərin öz dininə dəvət etmək, dini materialların nəşri və yayılması kimi məsələlər daha təfsilatı ilə əks oluna bilərdi. Bundan başqa qanun qarışıq terminologiya ilə zəngindir ki, bu da müddəaların dolayı təfsirinə imkan verir".

15.10.2012. Incan Hüquqları Evinin dəstəyi ilə reallaşan layihə çərçivəsində pulsuz hüquqi yardım sahəsində çalışan vəkillərə və praktik hüquqşünaslara təşkilatı, inzibati , maliyyə dəstəyi göstərilə bilər. Əsas şərt bu işlərin fundamental insan hüquqlarının müdafiəsi ilə bağlı olmasıdır. Regionlarda aparılan işlərə üstünlik veriləcəkdir.

Müraciət üçün ünvan:

Telefon: 050 352 02 48 Əsabəli Mustafayev

E-mail: mustafayev@list.ru

08.10.2012. Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sumqayıt şəhəri və ətraf qəsəbələrdə sanitariya-ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edən marifləndirmə tədbirlərinin təşkili” layihəsinin təqdimatını keçirib. Birliyin sədri S.Fərzəliyev layihənin ortaya çıxma zərurəti, Sumqayıtda ekoloji sağlamlaşdırılması sahəsində mövcud olan problemlər, sakinlərin bu problemlərə münasibəti, ekoloji mədəniyyətin səviyyəsi, layihədə qarşıya qoyulan əsas vəzifələr barədə ətraflı məlumat verib.

05.10.2012. SMDT “Azərbaycanin avropa birliyi şərq tərəfdaşliği proqraminda iştiraki şəraitində siyasi azadliqlarin durumu” mövzusunda ictimai forum keçirəcək. Forumda“Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramının siyasi azadlıqların təmin olunması yönündə hədəfləri” və “Azərbaycan-Avropa münasibətlərinə 16 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkisinin gözlənilən təsirləri: seçki təcrübəsinin təkmilləşdirilməsi imkanları” mövzusunda müzakirələr nəzərdə tutulub.

02. 10.2012. Azərbaycan İnsan Hüquqları Evi, Hüquq Maarifçiliyi Cəmiyyəti və digər partnyorları ilə birgə Avropa Birliyinin dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində bu ilin oktyabr ayının 5-6-da Novxanıda yerləşən Afotel Mehmanxanasında Hüquq Müdafiəçilərinin Forumunu keçirməyi planlaşdırır.

24.09.2012 . Dövlət qeydiyyatına alınma Azərbaycanda qeyri-hökumət təşkilatlarının(QHT) ən böyük problemlərindən biri olaraq qalmaqdadır. İllər boyu davam edən bu problem nəinki həll olunub, əksinə, daha da kəskin xarakter alıb. Belə ki, 2006-cı ildən başlayaraq qeydiyyata alınan QHT-lərin sayı azalır: 2006-cı ildə 548, 2007-ci ildə 361, 2008-ci ildə 246, 2009-cu ildə 162, 2010-cu ildə 124 QHT qeydiyyata alınıb. 2011-ci ildə bu rəqəmdə cüzi artım (144 QHT) olsa da, qeydiyyata alınmayan təşkilatların sayı böyük sürətlə artmaqdadır.

15 sentyabr 2012. “Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə  dəstəyi ilə icra etdiyi ““Beyin axınının qarşısını alaq!” Region gənclərinin karyera imkanlarının artırlması və iş axtarılması yolları” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. Sentyabr  ayının15-16-da Quba rayon Amsarkənd orta məktəbinin Təlim mərkəzində   fəaliyyət göstərən, müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər, yuxarı sinif şagirdləri  və  müxtəlif içtimai təşkilatlarda çalışan gənclər üçün 2 günlük təlim keçirildi.

11.09.2012. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Turana bu məlumatı təsdiq edərək bildiriblər ki, NDİ ilə müvafiq saziş imzalanıb və təşkilat qeydiyyata alınıb.

Nazirlər Kabinetinin 16 mart 2011-ci il tarixli qərarına əsasən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı üçün hökumətlə saziş bağlanmalıdır.

05.09.2012 Bu gün, Qərb-Resurs VCİD İB Qazax şəhərində yerləşən “Qərb-Resurs” Mərkəzində Bakı, Sumqayıt, Mingəçevir və digər şəhərlərinin Ali məktəblərinə qəbul olan tələbələri ilə görüş keçirilmişdir.

        Göruşün  əsas məqsədi yeni qəbul olmuş tələbələrə Qeyri-Hökümət Təşkilatlarının işi və fəaliyyəti haqqında məlumat vermək və bu fəaliyyətlərdən faydalanmaq imkanı yaratmaq idi. Görüşdə 16 nəfər ali məktəblərə, koleclərə, orta texniki peşə məktəblərinə qəbul olan gənc qız və oğlanlar iştirak etdilər.

01 sentyabr 2012. “Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Beyin axınının qarşısını alaq!” Region gənclərinin karyera imkanlarının artırlması və iş axtarılması yolları“mövzununda yeni layəsi çərçivəsi çərçivəsində geniş Dəyirmi Masa keçirildi. Bu dəyirmi masada şəhər içtimayyətinin nümayəndələri KİV və QHT təmsilçiləri iştirak edirdilər.


Əvvəlki 1 2 3 4 5 Sonrakı

Dillər
Pulsuz hüquqi yardım
counter
Müsabiqə
Nəşrlər
counter
Donor
counter